[b]“Qəbələ”nin zədəliləri “Sent-Etyen”lə oyuna yetişəcəkmi?[/b]
25.10.2016 - 10:52
[b]“Qəbələ”nin zədəliləri “Sent-Etyen”lə oyuna yetişəcəkmi?[/b]

Topaz Premyer Liqasının IX turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq “Qəbələ”nin heyətlə bağlı ciddi problemləri var. Apasport.az saytının məlumatına görə, baş məşqçi Roman Qriqorçuk bugünkü qarşılaşmada 5 futbolçunun xidmətindən məhrum olacaq.

 

Ukraynalı mütəxəssisi narahat edən əsas məsələ yarımmüdafiəçilərin zədədən əziyyət çəkmələridi. Belə ki, 4 orta sahə oyunçusu Nika Kvekveskiri, Rəşad Sadiqov, Elvin Camalov, Sergey Zenyov, eləcə də hücumçu Baqali Dabo hazırda müalicə olunmaqla məşğuldular.

 

Adları çəkilən futbolçulardan ilk 4-ü bu həftədən etibarən məşqlərə başlayacaq. Onların Avropa Liqasının IV turunda “Sent-Etyen”lə (3 noyabr) Bakıdakı görüşə yetişmələri gözlənilir. Lakin oktyabrın 15-də “İnter”lə matçda zədələnərək 3 həftəlik sıradan çıxan Dabo çox güman ki, fransızlarla ikinci oyunu da buraxacaq.

 

Qeyd edək ki, bu gün Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Qəbələ” oyunu saat 16:00-da başlayacaq.

 

0