[b]AFFA-dan Katalin Tiraya ağır cəza[/b]
26.10.2016 - 13:22
[b]AFFA-dan Katalin Tiraya ağır cəza[/b]

Topaz  Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran “Neftçi”nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

 

Dava-dalaşda iştirak edərək qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə, 5 oyunluq cəzalanıb, komandasını 2400 manat ziyana salıb.

 

Həmçinin 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat cərimə olunub.

 

0