[b]“Luis Suares “Qızıl top”a layiqdi”[/b]
28.10.2016 - 09:28
[b]“Luis Suares “Qızıl top”a layiqdi”[/b]

Ötənlərin məşhur futbolçusu Maykl Ouen “Qızıl top” mükafatı ilə bağlı proqnozunu verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, bu mükafata layiq namizədini açıqlayıb.

 

Ouenin fikrincə, 2016-cı ili mükəmməl keçirən “Barselona”nın uruqvaylı hücumçusu Luis Suares bu titula layiqdi: “Suares fantastik mərkəz hücumçusudu. O, öz mövqeyində dünyanın ən güclüsüdü və bu il “Qızıl top” qazanmağa layiqdi”.

 

Qeyd edək ki, Maykl Ouen 2001-ci ildə “Qızıl top”a layiq görülüb.

 

0