[b]Ramil Şeydayevə avtomobil hədiyyə edildi - FOTO[/b]
28.10.2016 - 11:51
[b]Ramil Şeydayevə avtomobil hədiyyə edildi - FOTO[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin klubu “Trabzonspor”a hədiyyə verilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “bordo-mavililər” avtomobillərlə təmin olunub.

 

Belə ki, Qara dəniz təmsilçisinin sponsorlarından olan “Doğuş Otomotiv” şirkəti klubun bazasına 12 ədəd “Audi” markalı avtomobil göndərib. Bunlardan 9-u A3, 2-si A4, 1-i isə A7 modelində “Audi” olub.

 

Klub rəhbərliyi həmin maşınları əsas komandanın texniki heyəti və futbolçularının ixtiyarına verib.

 

0