[b]Mahir Şükürov “Qəbələ”yə qarşı oynaya bilər[/b]
28.10.2016 - 18:03
[b]Mahir Şükürov “Qəbələ”yə qarşı oynaya bilər[/b]

"Neftçi” klubu müdafiəçi Mahir Şükürovun adını Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun sifariş vərəqinə daxil edib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli futbolçunun “ağ-qaralar”ın formasında meydana çıxması üçün əngəl qalmayıb.

 

Bunun üçün lazımi sənədlər əldə edilərək, PFL-ə təqdim olunub.

 

Şükürovun adı "Qəbələ” ilə sabah keçiriləcək oyunun protokoluna da daxil edilə bilər.

 

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçı saat 15:00-da start götürəcək.

0