[b]Mundialda boksçumuz erməni ilə döyüşəcək[/b]
23.11.2016 - 12:50
[b]Mundialda boksçumuz erməni ilə döyüşəcək[/b]

Sankt-Peterburqda gənc boksçular arasında dünya birinciliyində 1/8 finala yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 üzvü daha bir mərhələ adlayıb.

 

Belə ki, boksçularımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev irlandiyalı Patrik Donovana çətinliklə də olsa qalib gəlib – 3:2. Təmsilçimiz yarımfinal üçün Ukrayna millisinin erməni əsilli idmançısı Zorovar Petrosyanla döyüşəcək.

 

Yığmamızın heyətində ən ağır çəki dərəcəsində rinqə çıxan Məhəmməd Abdullayev (+91 kq) də komanda yoldaşı kimi irlandiyalı üzərində qələbə qazanıb. O, Şihi Kevin 5:0 hesabı ilə məğlub edib. Abdullayev növbəti qarşılaşmasında Justis Hunini (Avstriya) sınağa çəkəcək.

 

Onlardan fərqli, Ramazan Abdullayevlə  (56 kq) Pərviz Quliyev (69 kq) 1/8 finalda mundialla vidalaşıblar. Onlar müvafiq olaraq, Sam Qudmana (Avstriya) və Pavlo Qula (Ukrayna) uduzub.  

0