[b]Ramil Şeydayevin rəqibi qovulur[/b]
29.11.2016 - 16:01
[b]Ramil Şeydayevin rəqibi qovulur[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor”un qış fasiləsində yollarını ayıracağı bir əcnəbi futbolçunun kimliyi müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “bordo-mavililər” digər forvard Hyun-Jun Sukla vidalaşacaqlar.

 

Buna səbəb cənubi koreyalı futbolçunun Superliqanın ötən turunda “Gənclərbirliyi” (0:0) ilə matçdakı intizamsızlığı olub. Belə ki, həmin qarşılaşmanın son dəqiqələrində meydana daxil olmaqdan imtina edən 25 yaşlı futbolçu bu hərəkətinə görə, baş məşqçi Ərsun Yanalın “qara siyahı”sına düşüb.

 

Yanal mövsümlərarası fasilədə “Porto”dan transfer edilən oyunçunun qış fasiləsində komandadan uzaqlaşdırılmasını rəhbərlikdən tələb edib.

 

Qeyd edək ki, Hyun-Jun Suk Superliqada keçirdiyi 10 oyunda qol hesabını aça bilməyib.

0