[b]Rəqibimiz liderliyə yüksəldi[/b]
01.12.2016 - 18:47
[b]Rəqibimiz liderliyə yüksəldi[/b]

Qadın voleybolçular arasında Polşa Orlenliqasında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Ximik” “Budovlani Torun” klubunun qonağı olub.

 

Qarşılaşa qonaqlar üçün uğurlu alınıb. Çempionlar Liqasının qrup mərhələsində “Telekom”un rəqibi olan “Ximik” rəqibi set vermədən məğlub edib – 3:0 (17:25, 19:25, 17:25). 

 

Polşa çempionatında mübarizə aparan digər rəqibimiz “Dabrova Qornitsa” da turu qələbə ilə başa vurub. Onlar liderlərdən olan “Lodz”a tay-brekdə qalib gəliblər – 3:2 (25:20, 25:22, 19:25, 23:25, 15:7).

 

Beləliklə, 8 matçdan sonra məğlubiyyətsiz irəliləyən “Ximik” turnir cədvəlinə başçılıq edir. Aktivində 23 xalı olan komanda “Lodz”un məğlubiyyətindən sonra birinci pilləni ələ keçirib. “Dabrova Qornitsa” isə 15 xalla 5-cidi.

 

Qeyd edək ki, “Dabrova Qornitsa” Çempionlar Liqasının qrup mərhələsində “Azərreyl”in rəqibidi.

0