[b]“Azəryol”la 2 illik müqavilə bağladı, 1 il oynadı[/b]
05.12.2016 - 14:33
[b]“Azəryol”la 2 illik müqavilə bağladı, 1 il oynadı[/b]

“Azəryol”un sabiq voleybolçusu Janell Saykes özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, ötən il Bakı klubuna transfer olunan amerikalı blokçu karyerasını Belçikada davam etdirəcək.

 

23 yaşlı Saykes “Mihelbeke” klubu ilə müqavilə bağlayıb. O, mövsümün sonun kimi bu komandada oynayacaq.

 

Qeyd edək ki, Saykes ötən il “Azəryol”la 2 illik razılıq əldə etsə də, Bakı təmsilçisini vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. Komandamız əvvəlki iddiasından əl çəkdiyindən Janell “qapı” göstərilib. 

0