Azərbaycan çempionatı start götürür - VİDEO
16.12.2016 - 17:07
Azərbaycan çempionatı start götürür - VİDEO

Dekabrın 22 və 23-də Bakı İdman Sarayında böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək. Apasport.az xəbər verir ki, yarışda ölkəmizin ən güclü kişi və qadın cüdoçuları da mübarizə aparacaqlar.

 

Azərbaycan çempionatının təntənəli açılış mərasimi dekabrın 22-i saat 17:00-da olacaq. İki gün baş tutacaq respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunacaq.

 

0