[b]Olimpiya çempionları üçün prezidentin xüsusi təqaüdünün məbləği artırılıb[/b]
23.12.2016 - 18:23
[b]Olimpiya çempionları üçün prezidentin xüsusi təqaüdünün məbləği artırılıb[/b]

Azərbaycan prezidenti İlham Əliyev olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300  manat müəyyən edilib.

 

Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

0