[b]“Fənərbaxça”lı Azərbaycan çempionu ilə oyundan danışdı[/b]
10.01.2017 - 09:55
[b]“Fənərbaxça”lı Azərbaycan çempionu ilə oyundan danışdı[/b]

“Çempionlar Liqasında ikinci matçı “Azərreyl”ə qarşı keçirəcəyik. Güclü komandadı, gözəl voleybol oynayırlar”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Fənərbaxça” klubunun voleybolçusu Eda Erdem Dündar deyib.

 

30 yaşlı blokçu Çempionlar Liqasının II turu çərçivəsində qarşılaşacaqları “Azərreyl”lə matçdan danışıb. O bildirib ki, sabah İstanbulda keçiriləcək görüşdə 3 xal qazanmaq üçün mübarizə aparacaqlar: “Evimizdə çox yaxşı, gözəl bir açılış etmək istəyirik. İlk turda səfərdə qələbə qazandıq. Burda da eyni arzudayıq və 3 xal qazanmaq istəyirik. Qarşılaşma çətin keçəcək. Çünki Çempionlar Liqasında asan oyun olmur. Qrupda birinciliyi davam etdirmək və yekunda da mərhələni lider kimi bitirmək arzusundayıq. Əlverişsiz hava şəraitinə görə salonun durumunun necə olacağını bilmirəm. Amma zalda tərəfdarlarımızı bizi dəstəkləmək üçün gözləyirik. Fikrimcə, gözəl voleybol nümayiş etdirib, qalib gələcəyik”.

 

Qeyd edək ki, “Fənərbaxça” Azərbaycan çempionu ilə saat 20:00-da üz-üzə gələcək. 

0