[b]“Onu Dəniz Yılmazın mövqeyində oynadacam”[/b]
11.01.2017 - 10:40
[b]“Onu Dəniz Yılmazın mövqeyində oynadacam”[/b]

“Maraqlandığımız futbolçularla danışıqları davam etdiririk. İlk növbədə, Stankunu komandamda görmək istəyirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Bursaspor” klubunun baş məşqçisi Hamza Hamzaoğlu deyib.

 

Türkiyənin radiolarından birinə açıqlama verən çalışdırıcı maraqlı fikirlər səsləndirib. Hamzaoğlu “Gənclərbirliyi”nin rumıniyalı futbolçusu Boqdan Stankunu nəyin bahasına olursa-olsun, transfer etmək istədiklərini və onu Azərbaycan yığmasının da formasını geyinən Dəniz Yılmazın yerində oynatmağı düşündüyünü bildirib: “Stanku məsələsi ilə bağlı klublar arasında danışıqlar davam edir. Boqdanı ixtiyarında görmək istəyirəm. Onu Dəniz Yılmazın mövqeyində oynatmağı düşünürəm. Çünki Dəniz o mövqedə yalnız qalır”.

 

Hamzaoğlu “Bursaspor”un ilk dövrədəki çıxışını da dəyərləndirib: “İlk dövrəni istədiyimiz yerdə bitirdik. Ciddi zədə alan futbolçularımız oldu. Buna baxmayaraq, iddiamızdan dönmədik. “Bursaspor”un çempionluğundan sonra bu klubdan həmişə yaxşı çıxış gözlənilir”.

 

 

0