SİZİN REKLAM BURADA

Superliqada üçüncü azərbaycanlı - FOTO

Larissanın AEL klubu ilə müqavilə imzalayan Amit Quluzadə Yunanıstan çempionatları tarixinə 3-cü Azərbaycan təmsilçisi kimi düşüb. Apasport.az saytının məlumatına görə, bunadək yalnız iki həmyerlimiz Elladada top qovmuşdu.

 

İlk belə oyunçu artıq karyerasını başa vuran Anatoli Ponomaryov olub. 2003/04 mövsümünün ikinci yarısında “Ksanti”yə keçən təmsilçimiz 2004-cü il yanvarın 11-də “Panatinaikos”la qarşılaşmada debüt edib.

 

Superliqada 5 matç keçirən Ponomaryov 1 dəfə start heyətində yer alıb əvəzlənibsə, 4 dəfə sonradan meydana çıxıb.

 

2011/12 mövsümünün ikinci yarısında – 8 ildən sonra ikinci azərbaycanlı da Yunanıstana qədəm qoyub. “Neftçi”dən “Everton”a transfer olunub, bu səviyyəyə uyğun gəlmədiyindən “Panionios”a icarəyə verilən Araz Abdullayev 2012-ci ili Elladada başlayıb. Yanvarın 3-də “Asteras”la görüşdə debüt edən yarımmüdafiəçi bu komandada 8 matça çıxıb. 4 dəfə start heyətində yer alıb, bunların üçündə əvəzlənən Araz 4 dəfə də sonradan meydana daxil olub. Onun hesabında 1 sarı vərəqə də olub.

 

2012-cı il aprelin 18-də “Panionios”la “Ksanti” arasındakı matç azərbaycanlıların iştirakı ilə Superliqadakı son görüş olub.

 

5 il sonra yenə qışda futbolçumuz Yunanıstana yollanır. Anatoli və Araz kimi bu dəfə də Azərbaycandan adı “A” hərfi ilə başlayan futbolçu – Amit Quluzadə bu ölkəyə gedir. Ona qədər iki oyunçumuz üst-üstə 13 qarşılaşma keçirib və qola həsrət qalıb.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

14

10

2

2

26-6

32

2.

Qəbələ

14

9

4

1

30-7

31

3.

İnter

14

6

7

1

21-12

25

4.

Sumqayıt

14

4

5

5

13-18

17

5.

Zirə

14

4

3

7

11-15

15

6.

Kəpəz

14

3

6

5

10-13

15

7.

Neftçi

14

3

0

11

9-30

9

8.

 AZAL

14

1

5

8

6-25

8

               

 

Top 10