“Neftçi”nin futbolçusu Elxan Abdullayevə necə “atdı”?

“Neftçi”nin sabiq futbolçusu Jonas Pesalinin yeni klubu bəlli olub. Apasport.az saytının məlumatına görə, qış fasiləsində “ağ-qaralar”dan ayrılan braziliyalı karyerasını vətənində davam etdirəcək.

 

26 yaşlı futbolçu “Parana”nın formasını geyinəcək. Yarımmüdafiəçi artıq yeni komandası ilə müqaviləyə imza atıb.

 

Kuritiba şəhərini təmsil edən “Parana” artıq neçə ildi Braziliyanın B seriyasında mübarizə aparır. Son illərdə əsas vəzifəsi burada yerini qoruyub, aşağı yuvarlanmamaq olan komanda ötən mövsüm 20 komanda arasında 15-ci yeri tutub.

 

Maraqlıdı ki, təxminən 2 həftə əvvəl “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin açıqlamasına əsasən Pesalli klub rəhbərliyinə yüksək liqadan təklif aldığını söyləyib. Bakılılar da məhz bu üzdən onunla yolları ayırmağa razılaşıb. Sonda isə Pesalli B seriyasının autsayderlərindən birinə keçib.

 

Bir sözlə, braziliyalı acınacaqlı durumda olan “Neftçi”dən canını qurtarmaq üçün yalan danışıb. Sadəlövh klub rəhbərliyi isə buna inanıb.

 

Qeyd edək ki, Pesalli Topaz Premyer Liqasının cari mövsümündə meydana çıxdığı 7 oyunda 1 qola imza atıb.  

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10