[b]“Real”dan yeni rekord[/b]
13.01.2017 - 09:31
[b]“Real”dan yeni rekord[/b]

İspaniya futbolunda yeni rekord müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Madrid “Real”ı məğlub olmadığı ardıcıl oyunların sayını 40-a çatdırıb.

 

“Kral klubu” buna İspaniya kubokunun 1/8 final mərhələsinin “Sevilya” ilə keçirilən cavab qarşılaşmasında nail olub. Əndəlus təmsilçisi ilə 3:3 hesablı heç-heçə edən “Real” uğurlu seriyanı 40-a çatdıraraq, “Barselona”nın 2015/2016 mövsümündə imza atdığı 39 oyunluq rekordu yeniləyib.  

 

Qeyd edək ki, Zinəddin Zidanın komandası sonuncu dəfə ötən il, aprelin 6-da Çempionlar Liqasının ¼ final mərhələsində “Volfsburq”la matçda məğlubiyyət (0:2) üzü görüb.

0