[b]“Neftçi” əcnəbi hücumçu axtarır[/b]
13.01.2017 - 15:33
[b]“Neftçi” əcnəbi hücumçu axtarır[/b]

Qış fasiləsinin ən hərəkətli komandası olan “Neftçi” transfer fəaliyyətini yekunlaşdırmaq üzrədi. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi daha bir əcnəbi futbolçu transfer etməyi planlaşdırır.

 

Ötən aydan bəri 10 nəfərlə yollarını ayıran bakılılar 2-si yerli olmaqla 7 yeni oyunçunu heyətə cəlb edib. Gedən 6 əcnəbinin yerinə ölkə xaricindən 5 oyunçu gətirən “Neftçi”də iş bununla bitməyib.

 

Baxışda olan xorvatiyalı Damir Vidoviçi bəyənməyərək geri göndərən baş məşqçi Elxan Abdullayev rəhbərlikdən mütləq bir əcnəbi hücumçunun alınmasını tələb edib. Siyahıda adı olan bir neçə oyunçu ilə danışıq aparan klub rəhbərliyi son legionerini də Antalya toplanışına yetişdirməyə çalışır. “Neftçi” bununla əcnəbi keçidinə yekun vuracaq.

 

Milli komandamızın müdafiəçisi Pavel Paşayevin bakılılara keçidi isə düyünə düşüb. Hazırda Ukraynanın “Stal” klubuna məxsus olan Paşayevlə də danışıqlar davam etdirilir.

 

Qeyd edək ki, Elşən Abdullayev, Araz Abdullayev, Jonas Pessalli, Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak və Vançe Şikovla yollarını ayırıb, Eltun Yaqublu ilə Orxan Qurbanlını icarəyə verən “Neftçi” əvəzində heyətini Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Ruslan Abışovla gücləndirib.

0