[b]“Qarabağ” milli üzvünü bəyənmədi[/b]
16.01.2017 - 00:01
[b]“Qarabağ” milli üzvünü bəyənmədi[/b]

“Qarabağ”da baxışda olan Rinat Hüseynov komandadan göndərilib. Apasport.az saytına bu barədə klubdan məlumat veriblər.

 

Bildirilib ki, “Şkenderbeu” ilə yoxlama oyununu son 20 dəqiqəsində meydanda olan müdafiəçi məxsus olduğu “Amkar”a geri göndərilib.

 

Gənc müdafiəçinin komandadan ayrılmasının səbəbi kimi onun hələ kifayət qədər hazır olmaması göstərilib.

 

Qeyd edək ki, Rinat Hüseynov 21 yaşadək futbolçulardan ibarət milli komandamızda da çıxış edib.

0