[b]“Poqba faydasızdı, onun üçün 20 milyon da çoxdu”[/b]
17.01.2017 - 15:55
[b]“Poqba faydasızdı, onun üçün 20 milyon da çoxdu”[/b]

“Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqba tənqid hədəfinə çevrilib. Apasport.az saytı xəbər verir ki, o, irlandiyalı sabiq futbolçu İmon Danfi tərəfindən tənqid edilib.

 

Danfi Britaniya mətbuatına açıqlamasında “Liverpul”la çempionat oyununda (1:1) rəqibə penalti “qazandıran” və görüşü aşağı səviyyədə keçirən Poqba barədə danışıb.

 

O, 24 yaşlı futbolçu barədə mənfi fikir səsləndirməklə yanaşı, onun transferinə fantastik məbləğdə pul xərcləyən “Mançester Yunayted” rəhbərliyini qınayıb: “Poqbanın dəyəri heç vaxt 100 milyon funt-sterlinq olmayıb. Hətta 20 milyon da onun üçün çoxdu. Van Qal və Mourinyonun vaxtında xərclənən pulları nəzərə alsaq, “Mançester Yunayted” çox yaxşı komanda olmalıdı. Poqba uşaq kimi oynayır və ona görə ödənilən pullara layiq deyil. Karyerasının sonuna qədər də həmin məbləği haqq etməyəcək. O, faydasızdı”.

 

Qeyd edək ki, “Mançester Yunayted”də ümumilikdə 28 oyunda iştirak edən Poqba 6 qola imza atıb.

 

 

0