“Milan”da yeni futbolçu: Yarım milyon ödədi
21.01.2017 - 01:25
“Milan”da yeni futbolçu: Yarım milyon ödədi

“Milan” heyətini yeni futbolçuyla gücləndirib. Apasport.az saytının məlumatına görə, “rossonyerlər” “Everton”un yarımmüdafiəçisi Jerar Deulofeunu mövsümün sonuna kimi icarəyə götürüb.

 

Bu barədə məlumatı klubun saytı yayıb. İtalyanlar gənc futbolçunun icarəsi üçün Premyer Liqa klubuna 500 min avro ödəyəcək.

 

Müqavilyə əsasən, “Milan” 22 yaşlı yarımmüdafiəçinin transfer hüququna da malik olacaq. Belə ki, “qırmızı-qaralar” mövsümün sonunda Deulofeunun xidmətindən razı qalacağı təqdirdə, 18 milyon avro ödəyərək onun transfer hüququna yiyələnə bilər.

 

Jerar cari mövsümdə “Everton”da heyətə düşməkdə çətinlik çəkirdi. Baş məşqçi Ronald Kuman Deuolofeuya cari mövsümdə cəmi 11 oyunda şans verib.

 

Qeyd edək ki, ispan futbolçu “Everton”a 2015-ci ildə, “Barselona”dan 6 milyon avro qarşılığında transfer edilib.

0