[b]Çempionlar Liqası: III tur start götürür[/b]
24.01.2017 - 17:01
[b]Çempionlar Liqası: III tur start götürür[/b]

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında III turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində çıxış edən Azərbaycan klubları I dövrənin son matçına sabah çıxacaq.

 

A qrupunda yer alan Super Liqanın gümüş medalçısı “Telekom” “Modena”nın qonağı olacaq. İtaliyada baş tutacaq matç komandamız üçün heç də asan alınmayacaq. Çünki ilk 2 turda 1 xal belə qazana bilməyən Zoran Qayiçin yetirmələrinin qrupun liderinə qarşı ciddi müqavimət göstərməsi inandırıcı deyil. Bakı təmsilçisinin 1 xal qazanması belə uğur kimi qiymətləndiriləcək. Buna səbəb rəqibin heyətində güclü və təcrübəli voleybolçuların yer almasıdı. Komandanın aparıcı oyunçuları sırasında Azərbaycan çempionatında oynamış Yovana Brakoçeviç, Françeska Ferretti, həmçinin bizə dəfələrlə rəqib olmuş Nəriman Özsoy, Valeriya Karakuta, Françeska Markon kimi tanınmış simalar yer alır. Rəqibin A seriyasında da işlərinin qaydasına düşdüyünü demək olar. 3 oyundu məğlub olan “Modena” hesabat turunda qələbə qazanmaqla, 8-ci pilləyə yüksəlib. “Bakı”da da işləmiş Marko Qasparinin çalışdığı komandanın Çempionlar Liqasının II turunda A seriyasının qalibi “Konegliano”dan xal alması da zəif olmadığına sübutdu. Hər halda, “Telekom” da III təsnifat mərhələsindən qrupa vəsiqə qazanan rəqibi ilə matçda özünü yaxşı tərəfdən göstərmək arzusundadı. Onlar yenə “quru hesabla” məğlub olarlarsa, növbəti mərhələ şanslarını daha da çətinə salacaqlar.

 

Azərbaycan çempionu “Azərreyl” də səfərə qələbə üçün yollanıb. “Dəmiryolçular” Fransada “Sen-Rafael”lə matçda “Fənərbaxça”ya “quru hesablı” məğlubiyyəti unutdurmaq üçün meydana çıxacaqlar. Onlar qalib gəlməklə, turnir cədvəlində mövqelərini də yaxşılaşdıra bilərlər. Məğlubiyyət isə komandanın işini çətinə salacaq. Çünki növbəti görüşlərdə itirilən xalları qaytarmaq asan olmayacaq. Bakı klubu Super Liqada da titulunu qorumaq üçün mübarizə aparacaq ki, belə olan halda “axsayacaq”. Rəqibin heyətində ulduzun olmaması və çempionatda işlərinin yaxşı getməməsi də xeyrimizədi. Əgər onlar xal qazanalarsa, “Azərreyl” klubun tarixinə düşəcək. Çünki Çempionlar Liqasının debütantı indiyədək 3 dəfə CEV kubokunda oynayıb.

 

Qeyd edək ki, qarşılıqlı razılaşmaya əsasən Fransa və Azərbaycan klubları oyunlarının yerini dəyişiblər. Rəqib ev matçlarını dalbadal Frejyusda keçirdiyndən “Azərreyl”lə qarşılaşma IV turun oyunu hesab edilir.

 

III tur

A qrupu

23:30. “Modena” (İtaliya) – “Telekom” (Azərbaycan)

Hakimlər: İqor Şimpl (Slovakiya), Andyelko Popoviç (Serbiya)

Modena, Palapanini Sarayı

 

Modena (İtaliya)

2

2

0

6-3

210-197

5

Konegliano (İtaliya)

2

1

1

5-3

192-175

4

Ximik (Polşa)

2

1

1

4-3

161-157

3

Telekom (Azərbaycan)

2

0

2

0-6

122-156

0

 

IV tur

C qrupu

23:30. “Sen-Rafael” (Fransa) - “Azərreyl” (Azərbaycan)

Hakimlər: Karol Hepp (Lüksemburq), Pasi Hakkaraynen (Finlandiya)

Frejyus, Jan Fransua Krakovski İdman Sarayı

 

Fənərbaxça (Türkiyə)

2

2

0

6-0

150-103

6

Dabrova Qornitsa (Polşa)

2

1

1

4-4

189-173

3

Azərreyl (Azərbaycan)

2

1

1

3-4

133-169

3

Sen-Rafael (Fransa)

2

0

2

1-6

143-170

0

 

0