[b]"Azərreyl" ikinci pilləyə yüksəldi, "Fənərbaxça" liderliyin möhkəmlətdi - YENİLƏNİB[/b]
26.01.2017 - 01:35
[b]"Azərreyl" ikinci pilləyə yüksəldi, "Fənərbaxça" liderliyin möhkəmlətdi - YENİLƏNİB[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Azərreyl” Fransada “Sen-Rafael”in qonağı olub.

 

Təmsilçimiz matçdan 3:1 hesabı ilə qalib ayrılıb. İlk iki seti rahat qazanan "dəmiryolçular" üçüncü setdə məğlub olsa da, həlledici hissədə qalib gələrək yekunda qələbəni rəsmiləşdiriblər.

 

Qrupumuzun digər matçında "Dabrova Qornitsa" (Polşa) evdə "Fənərbaxça"ya (Türkiyə) 1:3 (23:25, 19:25, 25:22, 14:25) hesabı ilə uduzub. Qələbə İstanbul təmsilçisinin liderliyini uzadıb.

 

Qeyd edək ki, yarışda III turun matçları keçirilsə də, Famil Ağayevin yetirmələri II dövrənin oyununa çıxıblar. Buna səbəb Fransa çempionunun ev matçlarını ardıcıl keçirmək istəyidi.

 

Çempionlar Liqası

IV tur

C qrupu

“Sen-Rafael” (Fransa) - “Azərreyl” (Azərbaycan) - 1:3 (16:25, 21:25, 25:18, 20:25)

 

Hakimlər: Karol Hepp (Lüksemburq), Pasi Hakkaraynen (Finlandiya)

Frejyus, Jan Fransua Krakovski İdman Sarayı

 

1.

Fənərbaxça (Türkiyə)

3

3

0

9-1

247-284

9

2.

Azərreyl (Azərbaycan)

3

2

1

6-5

133-169

6

3.

Dabrova Qornitsa (Polşa)

3

1

2

5-7

270-270

3

4.

Sen-Rafael (Fransa)

3

0

3

2-9

142-173

0

 

 

0