[b]Yığmamızın hücumçusu “Olimpiakos”la matçın ən yaxşısı seçildi - FOTO[/b]
25.01.2017 - 09:20
[b]Yığmamızın hücumçusu “Olimpiakos”la matçın ən yaxşısı seçildi - FOTO[/b]

Qadın voleybolçular arasında “Çelenc Cup”da 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib.

 

Türkiyədə baş tutan matç təmsilçimizin komandasının məğlubiyyəti ilə başa çatıb. “Çanakkale Bld” 0:2 hesabı ilə geri düşdükdən sonra status-kvonu bərpa etsə də, tay-berkdə yunanlar sevinib – 3:2 (20:25, 24:26, 25:15, 25:19, 9:15).

 

Kulan qarşılaşmada ən yaxşı hücumçu seçilib. O, topladığı 23 xaldan 20-sini hücumda qazanıb.

 

Komandalar arasında cavab oyunu fevralın 7-də olacaq.

0