[b]Avropa və dünya çempionu Azərbaycan klubuna 2 oyunçu ilə gəldi[/b]
30.01.2017 - 16:11
[b]Avropa və dünya çempionu Azərbaycan klubuna 2 oyunçu ilə gəldi[/b]

Kişi voleybolçulardan ibarət “Naxçıvan” klubu heyətini gücləndirir. Apasport.az saytının məlumatına görə, komandanın heyətinə yeni oyunçularla yanaşı, yeni baş məşqçi də dəvət edilib.


Belə ki, Azərbaycan Yüksək dəstəsində 10 turdan sonra 4-cü pillədə qərarlaşan komanda təcrübəli Aleksandr Çyornıya həvalə edilib. SSRİ yığması ilə dünya və Avropa çempionu olan rusiyalı ilə əməkdaşlıq uzun müddətə nəzərdə tutulub.


Voleybolçu karyerası ərzində əsasən Moskva MOİK-ində oynayan Çyornı 10 dəfə SSRİ çempionu, 4 dəfə İttifaq kubokun sahibi və 6 dəfə avrokubokların qalibi adını qazanıb. 1996-cı ildən məşqçilik fəaliyyətinə başlayan “Naxçıvan”ın yeni çalışdırıcısı “Oktan”da (Novokuybışevsk) icraçı direktor da işləyib.

 

Mütəxəssislə yanaşı, komandaya 2 yeni voleybolçu da cəlb edilib. Bunlar Dmitri Baranov və Aleksandr Vasilyevdi.

 

23 yaşlı Baranov blokçudu. 200 sm boya malik voleybolçu “Lokomotiv-2” (2007-2012) və “Kuzbass-2” (2012-2016) klublarında forma geyinib. O, 2014/2015 mövsümündə mübarizə apardığı çempionatın ən yaxşı blokçusu seçilib. Bunadək isə aşağı liqalarda adından söz etdirib.

 

Vasilyev isə 1990-cı il təvəllüdlüdü. Hücumçu olan Aleksandrın da boyu 200 sm-di. O, “Naxçıvan”a 2012-ci ildən çıxış etdiyi “Yaroslaviç”dən transfer edilib. Voleybolçu 2010-2012-ci illərdə isə Krasnodar “Dinamo”sunun şərəfini qoruyub.

 

Bu “üçlük” artıq komandaya təqdim olunub.  

0