[b]Türkiyə millisinin üzvü futboldan uzaqlaşdırıldı[/b]
02.02.2017 - 20:53
[b]Türkiyə millisinin üzvü futboldan uzaqlaşdırıldı[/b]

Türkiyə millisinin üzvü futboldan uzaqlaşdırıldı

 

Türk futbolçu Hakan Çalhanoğlu ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) FİFA-nın “Bayer”in yarımmüdafiəçisinə verdiyi 4 aylıq futboldan uzaqlaşdırma cəzasını təsdiq edib.

 

Leverkuzen təmsilçisinin rəsmi internet saytından verilən açıqlamada artıq CAS-ın bu cəzanı təsdiq etdiyi, oyunçunun mövsümün sonuna kimi bütün rəsmi qarşılaşmalardan kənarlaşdırıldığı qeyd edilib.

 

Qeyd edək ki, transfer zamanı yol verilən bəzi qanunauyğunsuzluqlar səbəbindən “Trabzonspor” oyunçunun cəzalandırılması üçün FİFA-ya müraciət etmişdi. Hakan həmçinin Qaradəniz təmsilçisinə 100 min avro təzminat ödəyəcək.