[b]Samir Əliyev və Elbrus Məmmədov “PROfessional” oldu[/b]
10.02.2017 - 19:44
[b]Samir Əliyev və Elbrus Məmmədov “PROfessional” oldu[/b]

Bu gün Ukrayna Futbol Federasiyasının təşkil etdiyi PRO kateqoriyası üzrə məşqçilik kurslarının imtahanları olub. Apasport.az saytının məlumatına görə, iki azərbaycanlı mütəxəssis də bu uğura yiyələnənlər arasında olub.

 

Bunlar “Xəzər Lənkəran”da çalışmış Elbrus Məmmədov və "Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Samir Əliyevdi. Hər iki həmyerlimiz kursları uğurla başa vuraraq yüksək nəticəni əldə ediblər.

 

Qeyd edək ki, PRO kateqoriyası məşqçilik sahəsində ən yüksək dərəcədir və istənilən beynəlxalq klublarda, milli komandalarda işləmək üçün səlahiyyət verir.

0