SİZİN REKLAM BURADA

“Bavariya”dan darmadağın, “Real”dan rahat qələbə - YENİLƏNİB

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı baş tutub. Apasport.az saytının məlumatına görə, görüşlər Münhendə və Madriddə oynanılıb.

 

“Bavariya” “Arsenal”ı, “Real” isə “Napoli”ni qəbul edib.

 

Münhendə baş tutan qarşılaşmada meydan sahibləri qələbəyə seviniblər. "Bavariya"nın 5 qol vurduğu oyunda "Arsenal"ın gücü yalnız bir qola çatıb. Əvvəlcə Robben hesabı açıb. Aleksis Sançez bərabərliyi təmin etsə də, ikinci hissədə Levandovski, Müller və Tyaqonun (2) qolları cavab qarşılaşması öncəsi Karlo Ançelottinin yetirmələri üçün böyük üstünlük yaradıb.

 

“Real” – “Napoli” qarşılaşmasında da ev sahibləri seviniblər. Hesabı qonaqlar açsa da, "kral" klubu bunun cavabını artıqlaması ilə qaytarıb. Benzema, Kross və Kazemiro ispanları sevindirən qollara imza atıblar. İtalyanların cavab qarşılaşması öncəsi son ümidi isə səfərdə vurduqları qoldur.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

15 fevral

 

 

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 5:1

Qollar: Robben, 11, Levandovski, 53, Tyaqo Alkantara, 56, 63, Müller, 88 - Aleksis Sançez, 30

 

Baş hakim: Milorad Majiç (Serbiya)

Münhen. "Münhen Arena”

 

“Bavariya”: 1. Manuel Noyer, 5. Mats Hummels, 6. Tyaqo Alkantara, 8. Xavi Martines, 9. Robert Levandovski, 10. Aryen Robben, 11. Duqlas Koşta, 14. Xabi Alonso, 21. Filipp Lam (k), 23. Arturo Vidal, 27. David Alaba

 

“Arsenal”: 13. David Ospina, 3. Kiran Gibbs, 6. Loren Koselni (k), 7. Aleksis Sançes, 11. Məsut Özil, 15. Aleks Oksleyd-Çemberleyn, 17. Aleks İvobi, 20. Şkodran Mustafi, 24. Ektor Bellerin, 29. Qranit Caka, 34. Fransis Koklen

 

 

“Real” (İspaniya) – “Napoli” (İtaliya) - 3:1

Qollar: Benzema, 19, Kross, 49, Kazemiro, 54 - İnsinye, 8

 

Baş hakim: Damir Skomina (Sloveniya)

Madrid. "Santyaqo Bernabeu”

 

“Real”: 1. Keylor Navas, 2. Dani Karvahal, 4. Serxio Ramos (k), 5. Rafael Varan, 7. Kriştiano Ronaldo, 8. Toni Kroos, 9. Kərim Benzema, 10. Xames Rodriqes, 12. Marselo, 14. Kazemiro, 19. Luka Modriç

 

“Napoli”: 25. Pepe Reyna, 2. Elseyd Hisay, 4. Xose Kalyexon, 14. Dris Mertens, 17. Marek Hamşik (k), 20. Pyotr Zelinski, 24. Lorenso İnsinye, 26. Kalidu Kulibali, 31. Fauzi Qulam, 33. Raul Albiol, 42. Amadu Diavara

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

23

15

4

4

37-11

49

2.

Qəbələ

23

13

8

2

42-13

47

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

23

8

6

9

20-23

30

5.

Neftçi

23

8

2

13

19-36

26

6

Sumqayıt

23

6 7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

 AZAL

23

1

7

15

10-37

10

               

 

Top 10
Sizin reklam burada
150x220