[b]Sabiq FİFA hakimi yenidən I divizionda[/b]
22.02.2017 - 12:46
[b]Sabiq FİFA hakimi yenidən I divizionda[/b]

AFFA-nın Hakimlər Komitəsi I divizion üçün növbəti təyinatları açıqlayıb. Apasport.az saytının məlumatına görə, cari mövsüm Premyer Liqada da işləmiş bəzi hakimlər yenə aşağı dəstəyə ezam olunub.

 

FİFA referisi statusu ilə bu ildən vidalaşan Orxan Məmmədov mövsümdə 6-cı dəfə I diviziona yollanacaq. O, liderlər qrupunda qərarlaşan “Şəmkir”lə “Zaqatala”nın matçında fit çalacaq.

 

Məmmədov Premyer Liqanın XIX turunda “İnter”lə “Zirə”nin görüşünü idarə etmişdi. Həmin matçda referi qonaqların qapıçısı Anar Nəzirova qırmızı vərəqə vermişdi.

 

“Mil-Muğan”la “Şahdağ” arasında matçda isə Elvin Əsgərov ədaləti qoruyacaq. Mövsümün ilk yarısında Premyer Liqa qarşılaşmalarına da cəlb olunan referi yenidən divizion matçına təyinat alıb.

 

 

XVII tur

22 fevral (çərşənbə)

15:00. “Energetik” – “Turan Tovuz”
Hakimlər: Rövşən Rəcəbov, Eyyub İbrahimov, Mirzə Fərzəliyev, Yusif Hüseynov
Hakim-inspektor: Rasim Əhmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu


15:00. “Göyəzən” – “Səbail”
Hakimlər: Elgün Hüseynov, Roman Vasilyev, İlkin Arzumanov, Teymur Fərhadov
Hakim-inspektor: Vasif Məmmədov
Qazax şəhər stadionu


15:00. “Qaradağ Lökbatan” – “Ağsu”
Hakimlər: Ramil Əhmədov, Mübariz Haşımov, Elşad Abdullayev, Elxan Müslümov
Hakim-inspektor: Rüfət Hüseynov
Lökbatan İdman Kompleksinin stadionu

23 fevral (cümə axşamı)

13:00. “Bakılı” – “Rəvan”
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Aleksandr Musatkin, Anar Fərəcov
Hakim-inspektor: Sabir Mütəllimov
“İnter Arena”, 4-cü meydança
 

14:00. MOİK – “Şərurspor”
Hakimlər: Qorxmaz Eldarov, İsgəndər Əliyev, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Azad Hüseynov
“Bayıl Arena”


15:00. “Mil-Muğan” – “Şahdağ”
Hakimlər: Elvin Əsgərov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Bəxtiyar Gözəlov
Hakim-inspektor: Namiq Qasımov
Heydər Əliyev adına İmişli şəhər stadionu


15:00. “Şəmkir” – “Zaqatala”
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Samir Hüseynov
Hakim-inspektor: Abdulla Məmmədov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

0