[b]“Real”da ciddi itki - FOTO[/b]
23.02.2017 - 12:02
[b]“Real”da ciddi itki - FOTO[/b]

“Real”ın müdafiəçisi Rafael Varan sıradan çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu “Valensiya”ya qarşı La Liqanın XVI turundan təxirə salınmış görüşdə ayağından xəsarət alıb.

 

Qarşılaşmanın 73-cü dəqiqəsində zədələnərək yerini komanda yoldaşı Naçoya verən 23 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. İlkin tibbi müayinədən sonra onun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Ancaq Varan daha bir dəfə MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçəcək.

 

Qeyd edək ki, “Valensiya”ya 1:2 hesablı məğlubiyyətə baxmayaraq, “Real” liderliyini qoruyub.

 

0