[b]“Qəbələ” qalib gəldi, Seyidov “Qarabağ”ı büdrətdi[/b]
27.02.2017 - 16:20
[b]“Qəbələ” qalib gəldi, Seyidov “Qarabağ”ı büdrətdi[/b]

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə 2 qarşılaşma baş tutub.

 

Keçirilən hər iki matçda 2 qol vurulub. “Kəpəz”in qonağı olan “Qəbələ” hər hissədə 1 qol vurub, 2:0 hesablı qələbə qazanıb. Bu, əyalət klubunun liderliyini daha da möhkəmlədib.


Çünki liderin izləyicilərindən ikincisi də xal itirib. İki gün öncə “Neftçi” 1 xalla kifayətlənmişdisə, bu dəfə “Qarabağ” “İnter”i məğlub edə bilməyib. Ağdam təmsilçisini qələbədən əvəzedicilərdə oynamalı olan əsas heyət üzvü Mirhüseyn Seyidovun qolu məhrum edib.


Əvəzedicilərin çempionatı

XX tur

27 fevral

“Kəpəz” - “Qəbələ” – 0:2
Fərid Nəbiyev, 37; Ramil Hasanov, 82

“Qarabağ” - “İnter” – 1:1
Elgün Nəbiyev, 37 - Mirhüseyn Seyidov, 64 (p.)

 

1

Qəbələ

20

14

2

4

45-22

44

2

Qarabağ

20

11

5

4

39-23

38

3

Neftçi

20

12

2

6

37-21

38

4

İnter

20

8

6

6

16-14

30

5

Zirə

20

7

5

8

26-23

26

6

Kəpəz

20

6

5

9

22-32

23

7

Sumqayıt

20

5

1

14

28-51

16

8

AZAL

20

3

2

15

25-52

11

 

0