[b]İslamiada: İordaniya 11 idman növündə təmsil olunacaq[/b]
07.03.2017 - 15:09
[b]İslamiada: İordaniya 11 idman növündə təmsil olunacaq[/b]

İordaniya Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi Oyunları üçün heyətini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Ərəbistan təmsilçisi 4-cü dəfə təşkil olunacaq yarışa 70 idmançı ilə qatılacaq.

 

İordaniyalılar 11 idman növündə medallara iddia edəcəklər.

 

Qeyd edək ki, IV İslamiada mayın 12-22-də Bakıda təşkil olunacaq. 

0