SİZİN REKLAM BURADA

İslamiada: Bakıya gələcək futbol yığmaları bilindi

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarına qatılacaq ölkələrin adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mayın 12-22-də təşkil olunacaq yarışda 3 qitə təmsilçisi mübarizə aparacaq.

 

Avropanı Azərbaycan və Türkiyə təmsil edəcəyi halda, Afrikadan Mərakeş, Kamerun və Əlcəzair, Asiyadan isə Səudiyyə Ərəbistanı, Oman və Fələstin ölkəmizə təşrif buyuracaq.

 

Komandalar 2 qrupda mübarizə aparacaqlar. Hər qrupda 4 yığma yer alacaq. İlk iki yeri tutanlar yarımfinala vəsiqə əldə edəcəklər. Ümumilikdə isə turnir 16 matçdan ibarət olacaq. Oyunlar "Bayıl Arena", "Dalğa Arena", Tofiq Bəhramov adına Respublika Stadionu və "AZAL Arena"da baş tutacaq. Yarımfinal və final qarşılaşmalarının Respublika stadionunda keçirilməsi planlaşdırılır.

 

Bakı-2017-nin idman üzrə direktoru Mark Haniban bildirib ki, Azərbaycan hər zaman futbola böyük maraq göstərib: “Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları zamanı da futbol oyunu azarkeşlərin diqqətində olacaq. Cəmi 16 matçdan ibarət yarış elə planlaşdırılıb ki, komandalar sonuncu mərhələlərdə lazımi vaxt qazanaraq, yarımfinal və final oyunlara hazırlaşa bilsinlər. Biletlərə tələbatın çox olması gözlənilir. Əminəm ki, Azərbaycan azarkeşləri yalnız öz komandalarını deyil, Bakıya təşrif buyuracaq digər ölkələrin də ulduz futbolçularını dəstəkləyəcəklər”.

 

Qeyd edək ki, futbol yarışları mayın 8-də başlayacaq və qalibin adına həmin ayın 21-də aydınlıq gələcək. İslamiadada 23 yaşadək oyunçular mübarizə aparacaq.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220