[b]Veteranlardan ilk zərbə[/b]
18.03.2017 - 19:41
[b]Veteranlardan ilk zərbə[/b]

Azərbaycan Premyer Liqasının XXIII turunun “Neftçi” ilə “İnter” arasında mərkəzi oyununa qeyri-adi ştat verilib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin 80 illik yubileyini qeyd etdiyi gündə topa ilk zərbəni veteranlar vurub.

 

Belə ki, qarşılaşma “Neftçi”nin əfsanələri Çingiz İsmayılovla Kazbek Tuayevin topa toxunuşları ilə başlayıb.

 

Qeyd edək ki, “Neftçi” 1937-ci ildə yaranıb. Komandanın yaranma tarixi kimi martın 18-i hesab edilir.

 

 

0