[b]Azərbaycan millisində itki[/b]
22.03.2017 - 14:45
[b]Azərbaycan millisində itki[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi itki ilə üzləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Fəhmin Muradbəyli yığmanın düşərgəsini tərk edib.

 

Buna səbəb “Neftçi”nin yarımmüdafiəçisinin təlim-məşq toplanışına zədəli qoşulmasıdı. Fəhmin həkim müayinəsindən sonra yığmanın düşərgəsindən ayrılıb.

 

Qeyd edək ki, “Neftçi”nin digər oyunçuları Ruslan Abışov və Namiq Ələsgərov da eyni səbəbdən əsas yığmadan ayrılıblar.

0