“Osmanlıspor” ona əmanət
22.03.2017 - 21:35
“Osmanlıspor” ona əmanət

Türkiyənin Super Liqa klublarından “Osmanlıspor”un yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Mustafa Reşit Akçayın baş məşqçi postundan uzaqlaşdırılmasından sonra komandanın “sükan arxasına” Hamza Hamzaoğlu gətirilib.

 

Türkiyə mətbuatının yazdığına görə, “Osmanlıspor” Hamzaoğlu ilə 1,5 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Hamzaoğlunun Super Liqada çalışdığı sonuncu klub millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” olmuşdu.

0