[b]Azərbaycan – Almaniya matçına bilet almaq istəyənlərə pis xəbər[/b]
25.03.2017 - 19:25
[b]Azərbaycan – Almaniya matçına bilet almaq istəyənlərə pis xəbər[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Almaniya matçına bütün biletlər satılıb. Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı açıqlama yayıb.

 

Qeyd edilib ki, stadionun tutumu media və VİP sektorlarla birgə təxminən 30 minə yaxındı. Bu sektorları nəzərə almasaq, satışa çıxarılan biletlərin hamısı azarkeşlər tərəfindən alınıb.

 

Matça onlayn bilet alanlar isə biletlərini “28 Mall” ticarət mərkəzi, “Park Bulvar” ticarət mərkəzi  və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında əldə edə bilərlər.

0