[b]Azərbaycan çempionatında son turun vaxtı dəyişdirildi[/b]
29.03.2017 - 15:49
[b]Azərbaycan çempionatında son turun vaxtı dəyişdirildi[/b]

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək dəstəsinin pley-off mərhələsinin son dövrəsinin təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Naxçıvanda baş tutacaq mərhələnin son turunun oyunlarının vaxtı dəyişdirilib.

 

Belə ki, ikinci mərhələnin son turunun martın 30-da keçiriləcək görüşləri əvvəl nəzərdə tutulduğundan tez başlayacaq.

 

“Lokomotiv” – MOİK görüşü 15:00 deyil, 11:00-da start götürəcək. “Naxçıvan” - “Neftçi” matçı isə 17:30 əvəzinə 13:00-da başlayacaq.

 

Yüksək dəstə

30 mart

11:00. “Lokomotiv” - MOİK

13:00. “Naxçıvan” - “Neftçi”

 

Qeyd edək ki, martın 30-da keçiriləcək çempionatın bağlanış mərasiminin saat 15:00-da başlaması nəzərdə tutulub.

0