[b]Milli üzvü oynadı, komandası 1/4 final ilk oyununda uduzdu[/b]
30.03.2017 - 01:27
[b]Milli üzvü oynadı, komandası 1/4 final ilk oyununda uduzdu[/b]

Voleybol üzrə Türkiyə Sultanlar Liqasında 1/4 final qarşılaşmaları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Yana Kulanın forma geydiyi “Çanakkale Bld.” Öz meydanında “Eczaçıbaşı Vitra” ilə qarşılaşıb.

 

Görüş milli üzvünün komandasının 1:3 (26-24, 21-25, 18-25, 18-25) hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Yana bu oyunda meydana çıxıb. Onun topladığı 9 xal qələbə üçün yetərli olmayıb.

 

Qeyd edək ki, iki komanda arasındakı cavab matçı 31 mart cümə günü oynanılacaq.

0