[b]Millimiz rekordunu təkrarladı[/b]
30.03.2017 - 09:37
[b]Millimiz rekordunu təkrarladı[/b]

Futzal üzrə Azərbaycan yığması Moldova ilə oyunlarda ən böyükhesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında keçirilən yoxlama oyununda 6:1 hesabı ilə qalib gələn yığmamız 6-cı dəfə qarşılaşdığı rəqibi ikinci dəfə 5 top fərqi ilə üstələyib.

 

Millimiz bu rəqibi 4 il əvvəl də eyni hesabla məğlub etmişdi.

 

Qeyd edək ki, Moldova ilə 6 qarşılaşmada 5 dəfə qələbə qazanan yığmamız 1 görüşdə heç-heçə ilə kifayətlənib.

 

30.03.2004. YO. Moldova – Azərbaycan – 1:3

31.03.2004. YO. Moldova – Azərbaycan – 4:5

28.01.2009. YO. Azərbaycan – Moldova – 4:2

14.02.2013. BT. Azərbaycan – Moldova – 6:1

22.04.2015. BT. Azərbaycan - Moldova 1:1, pen.0:1

29.03.2017. YO. Azərbaycan – Moldova – 6:1

0