[b]“Borussiya”dan ikinci rəsmi transfer[/b]
30.03.2017 - 15:45
[b]“Borussiya”dan ikinci rəsmi transfer[/b]

Dortmund “Borussiya”sı daha bir gənc futbolçunun transferini rəsmən açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, dortmundlular Mönhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi Mahmud Dahudla anlaşıblar.

 

“Liverpul”un da maraq dairəsində olan 21 yaşlı oyunçu yeni komandasına 8,5 milyon funt-sterlinqə başa gəlib. Almaniyanın gənclər millisinin Suriya əsilli oyunçusu mövsümün sonunda Mönhenqladbaxı Dortmunda dəyişəcək.

 

Gənc oyunçuları heyətə qatmaqla tanınan Dortmund “Borussiya”sı son iki ildə Osman Dembele, Rafael Gerreyro, Əmrə Mor, Aleksander İsak, Yulian Veyql və Mikel Merino kimi istedadlı futbolçuları transfer edib. Ötən yay həmçinin Andre Şürrle, Mario Götze, Sebastian Rode və Mark Bartra da bu klubun yolunu tutublar.

 

Qeyd edək ki, “Borussiya” bir müddət əvvəl “Bayer”in müdafiəçisi Ömər Toprakla da anlaşıb. Dahud kimi, Türkiyə millisinin üzvü də yaydan etibarən Dortmund klubunun formasını geyinəcək.

0