[b]“Titulu əldən verməyimizdə onların yoxluğunun böyük rolu oldu” [/b]
30.03.2017 - 17:31
[b]“Titulu əldən verməyimizdə onların yoxluğunun böyük rolu oldu”  [/b]

“Dünən “Lokomotiv”dən bir az zəif oynadıq”. Bunu apasport.az saytına “Neftçi”nin voleybolçusu Vadim Kutukov deyib.

 

Yığmamızın da şərəfini qoruyan hücumçu Azərbaycan çempionatındakı çıxışlarını dəyərləndirib.

 

O, “Neftçi”nin çempion ola bilməməsində yerli voleybolçularla oynamalarını əsas gətirib: “Mövsümün əvvəlində “Lokomotiv”in heyətində legionerlər yox idi. Bu üzdən ilk qarşılaşmamızda əsas rəqibimizə qalib gəlmişdik. Ancaq sonrakı matçlarda uduzduq. Ötən mövsüm çempion olan heyətdən Yevgeni Kovalenko və Andrey Melnikov bu il komandada yer almamışdı. Titulu əldən verməyimizdə onların yoxluğunun böyük rolu oldu. Bizdə cəmi 3, “Lokomotiv”də isə demək olar ki, bütün voleybolçular yığma üzvləridi. Nə öz, nə də digər yığma üzvlərinin çıxışından razı qaldım. Biz elə oynamalıyıq ki, hamı razı qalsın”.

 

Qeyd edək ki, “Neftçi” çempionatı gümüş medalla bitirib.

0