[b]İslamiada: Yığmamızın hazırlığa başlayacağı vaxt dəqiqləşdi[/b]
04.04.2017 - 11:49
[b]İslamiada: Yığmamızın hazırlığa başlayacağı vaxt dəqiqləşdi[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hazırlığa başlayacağı vaxt dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamız aprelin 7-də Bakıda bir araya gələcək.

 

Yığmamızın düşərgəsinə təxminən 30 voleybolçu cəlb ediləcək. Onların bölgələrdə və ölkə xaricində də təlim-məşq toplantısı keçməsi planlaşdırılır.

 

Təxminən 35 günlük məşqlərin ardından millimizin İslam Həmrəyliyi Oyunlarına, dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələsinə əsas heyəti formalaşdırılacaq. 

0