SİZİN REKLAM BURADA

ÇL: “Qarabağ”ın püşkatmada yeri dəqiqləşdi

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasında hansı səbətdə yer alacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, iyunun 20-də keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq 15 komandanın səbətləri açıqlanıb.

 

Bu komandaların, həmçinin digər ölkələrdə çempionluq şansını qoruyanların UEFA əmsallarını nəzərə almaqla iştirakçılardan bəzilərinin səpələnmiş, bəzilərinin səpələnməmiş olduğu dəqiqləşib. Bəzi komandaların səbəti isə qeyri-müəyyəndi.

 

Püşkatmaya qatılanlar arasında əmsalına görə 3-cü olan “Qarabağ” səpələnmişlərdən olacaq. Çünki çempionu müəyyənləşməyənlərdən yalnız bəziləri onları keçə biləcək. Bu isə onların yüksək reytinqli “17-lik”də yerinin təmin olunması deməkdi.

 

Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 komanda iştirak edəcək. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü iştirak edəcək. Onlar püşk zamanı 2 səbətə bölünəcək. Artıq 6 komandanın səpələnmiş, 3-nün səpələnməmiş olduğu dəqiqdi. 3 iştirakçının səbəti isə bəlli deyil.

 

I təsnifat mərhələsinin 10 iştirakçısından yalnız TNS səpələnmişlər arasında yer alıb. Çempionluğu rəsmiləşən digər iki komanda isə səbətini bilmir.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi

 

Səpələnmişlər 

“Seltik” (Şotlandiya) – 42,785

BATE (Belarus) – 29,475

“Qarabağ” (Azərbaycan) – 18,050

“Malmö” (İsveç) – 16,945

“Astana” (Qazaxıstan) – 16,800

“Rusenborq” (Norveç) – 12,665

İsrail çempionu

Danimarka çempionu

 

Səpələnməmişlər

“Mariehamn” (Finlandiya) – 2,030

“Spartak” (Latviya) – 1,975

“Samtredia” (Gürcüstan) – 1,525

 Monteneqro çempionu

 

Qeyri-müəyyənlər

“Hafnarfyordur” (İslandiya) – 6,175

“Jalgiris” (Litva) – 5,825

“Dandalk” (İrlandiya) – 5,815

Avstriya çempionu

Kipr çempionu

Slovakiya çempionu

Xorvatiya çempionu

Polşa çempionu

Lüksemburq çempionu

Makedoniya çempionu

Sloveniya çempionu

Bolqarıstan çempionu

Serbiya çempionu

Albaniya çempionu

Moldova çempionu

Macarıstan çempionu

Bosniya və Herseqovina çempionu

I təsnifat mərhələsinin 5 qalibi

 

 

I təsnifat mərhələsi

Səpələnmişlər 

TNS (Uels) – 5,775

Şimali İrlandiya çempionu

 

Səpələnməmişlər

Kosovo çempionu

 

Qeyri-müəyyənlər

“Vikinqur” (Farer adaları) – 2,950

“İnfonet” (Estoniya) – 1,300

Ermənistan çempionu

Malta çempionu

Andorra çempionu

Cəbəllütariq çempionu

San-Marino çempionu

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

27

18

5

4

44-13

59

2.

Qəbələ

27

14

10

3

47-19

52

3.

İnter

27

11

10

6

39-32

43

4.

Zirə

27

9

9

9

26-26

36

5.

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8 8

11

26-34

32

7.

Neftçi

27

9

2

16

23-43

29

8.

 AZAL

27

1

7

19

13-47

10

               

 

Top 10
Sizin reklam burada
150x220