[b]Fransalı futbolçu “Neftçi”yə qarşı oynamayacaq[/b]
21.04.2017 - 11:31
[b]Fransalı futbolçu “Neftçi”yə qarşı oynamayacaq[/b]

Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində “Neftçi”ni qəbul edəcək “Zirə” oyuna daha bir itki ilə çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, ev sahibləri bu görüşdə Amadu Sanqarın xidmətindən yararlana bilməyəcəklər.

 

Fransalı futbolçu zədəsini yeni sağaldıb. Fərdi məşqlərə başlayan Sanqar kollektivlə hazırlığa 3-4 gün sonra qoşulacaq. Bu səbəbdən də 26 yaşlı yarımmüdafiəçi bu həftə “Neftçi” ilə keçiriləcək vacib qarşılaşmanı buraxacaq. Sanqarın son turda AZAL-a qarşı oynayıb-oynamayacağı isə hələ bilinmir.

 

Sanqarla yanaşı, Adil Nağıyev də “Neftçi” ilə matçda komandasına kömək edə bilməyəcək. Buna səbəb 21 yaşlı müdafiəçinin sarı vərəqə limitini dolduraraq, cəzalı duruma düşməsidi.

 

Qeyd edək ki, aprelin 23-də keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 17:00-da start götürəcək. 

0