[b]“Başakşəhər”in futbolçuları jurnalisti döydülər - FOTO[/b]
22.04.2017 - 21:45
[b]“Başakşəhər”in futbolçuları jurnalisti döydülər - FOTO[/b]

Türkiyə Superliqasının XXVIII turunda baş tutan "Rizəspor" - "Başakşəhər" (3:3) matçından sonra qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, oyun başa çatdıqdan sonra qonaq komandanın kapitanı Əmrə Bəlözoğlu və bir neçə digər oyunçusu "A Spor" telekanalının jurnalistlərinə hücum edib və onları vurmağa başlayıblar.

 

Hadisəyə telekanal işçilərinin futbolçularla azarkeşklər arasında baş verən qalmaqalı videolentə alması səbəb olub.  Kanalın işçisi Salman Kutlu həmin oyunçulardan şikayətçi olacağını deyib. O, bildirib ki, Yalçın Ayhan, ehtiyat qapıçı Ufuk Ceylan və tərcüməçi onun üzünə vurublar.

 

Qeyd edək ki, "Başakşəhər" çempionluq uğrunda mübarizə aparır.

 

0