[b]“Qaziantepspor”un futbolçusu intihar etdi[/b]
23.04.2017 - 22:59
[b]“Qaziantepspor”un futbolçusu intihar etdi[/b]

Türkiyə Super Liqa klublarından “Qaziantepspor”un futbolçusu Frantsek Rajtoral intihar edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Çexiya millisinin də formasını geyinən futbolçu Qaziantepdə yalnız qaldığı evində özünü tavandan asıb.

 

Oyunçunun bütün gün evdən çıxmadığını görən qonşular bu barədə polisə xəbər veriblər.

 

Futbolçunun ailəvi səbəblərdən intihar etdiyi güman edilir. 

0