[b]İbrahimoviçin yerinə “Real”lı[/b]
26.04.2017 - 09:55
[b]İbrahimoviçin yerinə “Real”lı[/b]

“Mançester Yunayted” uzun müddətə sıradan çıxan Zlatan İbrahimoviçin yerinə hücumçu axtarışlarına başlayıb. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, “qırmızı şeytanlar” “Real”ın ön xətt oyunçusu Alvaro Morataya “elçi düşüb”.

 

“Mankunianlar”ın baş məşqçisi Joze Mourinyo rəhbərlikdən mövsümün sonunda Moratanı transfer etməyi tələb edib. Portuqaliyalı mütəxəssis forvardla telefon vasitəsilə söhbət də edib. Mourinyo Morataya bu mövsüm əsas heyətdə oynamaqla bağlı təminat verib. “Kral klubu”nda məhz Mourinyonun rəhbərliyi altında debüt edən İspaniya millisinin üzvü isə “Real” rəhbərliyi ilə komandadakı gələcək taleyini müzakirə etdikdən sonra konkret cavab verəcəyini söyləyib.

 

Qeyd edək ki, Alvaro Morata bu mövsüm La Liqada meydana çıxdığı 21 oyunda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0