[b]MLS-in ən yüksək ödənişlisi Kakadı[/b]
26.04.2017 - 11:03
[b]MLS-in ən yüksək ödənişlisi Kakadı[/b]

Karyerasını ABŞ-da davam etdirən braziliyalı yarımmüdafiəçi Kaka MLS-in ən yüksək ödənişli futbolçusudu. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “sambaçı”nın “Orlando Siti”də illik məvacibi 7 milyon 170 min dollardı.

 

35 yaşlı oyunçunu çox az fərqlə “Toronto”da çıxış edən italiyalı hücumçu Sebastyan Covinko izləyir. Bu yaxınlarda “Çikaqo Fayr” klubu ilə müqavilə imzalayan almaniyalı yarımmüdafiəçi Bastian Şvaynştayger isə 7-ci pillədə qərar tutub.

 

Son reytinqdə ilk “10-luq”da qərarlaşan Stiven Cerrard və Frank Lempard artıq karyeralarını başa vurublar.

 

MLS-in ən yüksək ödənişli 10 futbolçusu:

1. Kaka ("Orlando Siti") — 7 milyon 170 min dollar

2. Sebastyan Covinko ("Toronto") – 7 milyon 120 min

3. Maykl Bredli ("Toronto") – 6,5 milyon

4. Andrea Pirlo ("Nyu-York Siti") – 5,9 milyon

5. David Vilya ("Nyu-York Siti") – 5,6 milyon

6. Covani dos Santos ("Los-Anceles Qelaksi") — 5,5 milyon

7. Bastian Şvaynştayger ("Çikaqo Fayr") — 5,4 milyon

8. Jozi Altidor ("Toronto") — 4,9 milyon

9. Klint Dempsi ("Sietl Saunders") — 3,9 milyon

10. Dieqo Valeri ("Portlend Timbers") — 2,6 milyon

0