[b]“Bakı dünyanın böyük şəhərlərindən geri qalmır” - Bülənt Qorxmaz[/b]
26.04.2017 - 11:26
[b]“Bakı dünyanın böyük şəhərlərindən geri qalmır” - Bülənt Qorxmaz[/b]

“Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Qorxmaz yenidən Azərbaycana səfər etməyə hazırlaşır. Apasport.az xəbər verir ki, Türkiyə futbolunun canlı əfsanəsi bu barədə bakushopfest.com saytına açıqlamasında məlumat verib.

 

Paytaxtımızda keçirilən şopinq festivalı haqda fikirlərini bölüşən “Qalatasaray”ın unudulmaz kapitanı gələn ayın əvvəllərində ölkəmizə gələrək, festivalın sərfəli təkliflərindən yararlanacağını istisna etməyib.

 

O bildirib ki, Bakı bu baxımdan dünyanın böyük şəhərlərindən geri qalmır: “Şopinq festivalı Bakıya çox yaraşır. Çünki bu cür festivallar adətən mədəni, iqtisadi-ticari cəhətdən inkişaf edən şəhərlərdə təşkil edilir. Bu mənada, Bakının şopinq festivalların keçirildiyi dünyanın böyük şəhərlərindən geri qalmadığını düşünürəm”.

 

Qeyd edək ki, futbolçu karyerası yalnız “Qalatasaray”la bağlı olan Bülənt Qorxmaz 2009-cu ildə qısa müddət “cim-bom”u çalışdırdıqdan sonra 2009-10 mövsümündə “Bakı”nın “sükanı arxası”nda olub.

0