[b]Kamran Ağayev “Səbail”ə keçə bilər[/b]
26.04.2017 - 13:47
[b]Kamran Ağayev “Səbail”ə keçə bilər[/b]

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin karyerasını davam etdirə biləcəyi komandası bəlli olub. Apasport.az saytının məlumatına görə, legioner həyatı yaşadığı Portuqaliyanın “Boavişta” klubuna lazım olmadıqdan sonra işsiz qalan qolkiperə ən real iddiaçı “Səbail”di.

 

Lakin bunun üçün paytaxt təmsilçisi I divizionun sabah keçiriləcək son görüşündə qənaətbəxş nəticə qazanmalı və Premyer Liqaya yüksəlməlidi. Zəif “Bakılı” ilə görüşən “Səbail”in bu işin öhdəsindən gələcəyi isə kifayət qədər inandırıcı görünür.

 

Vəzifənin öhdəsindən gəldikdən sonra heyətində ciddi islahatlar aparacağı gözlənilən paytaxt klubu təcrübəli qapıçı da, Ağayevin özü də belə bir komandaya keçməkdə maraqlı ola bilər. Kamrana əsas “elçi” kimi göstərilən “Neftçi”nin yığmamızın digər qapıçısı Səlahət Ağayevlə anlaşmasından sonra Kamranın da ora keçməsi inandırıcı görünmür.

 

Ölkə çempionu “Qarabağ”ın əlavə qapıçıya ehtiyacı olmaması, “Qəbələ”, “İnter” və “Sumqayıt”ın keçmiş qolkiperini geri qaytarmaq istəməyəcəyi də gün kiçi aydındı. Düzdü, “Zirə”, “Kəpəz” kimi variantlar da mümkündü. Lakin həm maliyyə məsələləri, həm də iddiaları nəzərə alsaq, Ağayevin bu klublarla müqayisədə “Səbail”ə üstünlük verməsi daha inandırıcıdı.

0